Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Havzova kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib
İyulun 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Havzova kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Ötən səyyar görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandıran ŞİH başçısı Taleh Qaraşov yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan bütün məsələlərin həllini tapdığını, digər məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciətlərin ünvanlandığını deyib. İcra başçısı hər bir müraciətin diqqətlə araşdırıldığını, qanunvericiliyə uyğun müddətdə hər birinə cavablar verildiyini və bütün müraciətlərin şəxsi nəzarətində olduğunu qeyd edib.
Havzova kəndinin sakinləri də çıxışlarında sosial-iqtisadi vəziyyətləriningünü-gündən yaxşılaşmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.