Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşovun növbəti səyyar görüş-qəbulunu Göyşaban və Ürgə kəndlərinin sakinləri ilə keçirib

26 sentyabr 2024 | 17:19

    Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Göyşaban kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüşdə  icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

    İcra başçısı səyyar qəbulun 27 sentyabr “Anım Günü”nə təsadüf etdiyini xatırladıb və rayon üzrə keçiriləcək tədbirlər barədə yerli insanları məlumatlandırıb və onları tədbirlərdə iştiraka dəvət edib.

    Taleh Qaraşov bildirib ki, ölkəmiz ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını və dövlət suverenliyini məhz qəhrəman övladlarımızın canı və qanı bahasına təmin edib, buna görə də hər birimizin mənəvi borcudur ki, şəhidlərimizin ruhuna hörmətlə yanaşsın, onların ailə üzvlərinin qayğısına qalsın.

    Daha sonra icra başçısı ötən səyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanlara məlumat verib. Taleh Qaraşov qeyd edib ki, vətəndaşlara xidmət və onların müraciətlərinə həssas münasibət göstərilməsi cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bütün dövlət məmurları qarşısında qoyulan əsas tələblərdəndir.

     Səyyar görüş-qəbulda Göyşaban və Ürgə kəndlərinin sakinlərinin qaldırdıqları bütün müraciətlər həssaslıqla dinlənilib, ədalətli qaldırılan və yerli icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlər yerindəcə həllini tapıb, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan digər məsələlər barədə yuxarı qurumlara rəsmi müraciətlərin ünvanlanması aidiyyəti şəxslərə tapşırılıb.

    Göyşaban və Ürgə kəndlərinin sakinləri səmimi qəbula görə rayon rəhbvərliyinə minnətdarlıqlarını ifadə ediblər. Yerli insanlar sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına, qaldırdıqları məsələlərə həssas yanaşılmasına, məmur-vətəndaş arasındakı münasibətlərin daha inkişaf etməsinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.

Keçidlər