Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Mamusta və Daşdalıqcar kəndlərinin sakinləri ilə keçirib

11 dekabr 2024 | 16:51

  Dekabrın 11-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Mamusta kənd inzibati ərazi dairəsinin sakinləri ilə  keçirib. Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

  İcra başçısı cari ildə sayca ikinci dəfə Mamusta və Daşdalıqcar kəndlərinin sakinləri ilə səyyar görüşün keçirildiyini xatırladıb və ötən qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb.

 Səyyar qəbulların keçirilməsinin önəmi barədə danışan Taleh Qaraşov bildirib ki, məqsəd vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, məmur-vətəndaş arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, yerlərdəki çatışmamazlıqların ümumiləşdirilək ali və yuxarı qurumlara ünvanlanması və problemlərin həlli istiqamətində mümkün mexanizmlərin işlənib hazırlanmasıdır. Onun sözlərinə görə, dövlət başçısının göstərişinə uyğun olaraq yerlərdə keçirilən səyyar qəbul-görüşlər yerlərdə insanları narahat edən məsələlərin yerində araşdırılmasına, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olmağa xidmət edir.

  Daha sonra icra başçısı Mamusta və Daşdalıqcar kəndlərinin sakinlərini dinləyib, onları narahat edən məsələlər barədə aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

  Mamusta kənd inzibati ərazi dairəsinin sakinləri maneəsiz, könüllü şəkildə fikir və istəkləri rayon rəhbərliyinə çatdırıblar. Yerli sakinlər dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşdığına görə onlara minnətdarlıqlarını bildiriblər.

Keçidlər