Taleh Qaraşov Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinlərinin qayğı və problemlərini dinləyib
Fevralın 26-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Aşağı Nüvədi qəsəbəsi inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirib. Səyyar görüş-qəbulda icra başçısı ilə birlikdə şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.
Taleh Qaraşov ötən səyyar görüş-qəbulda yerli sakinlər tərəfindən qaldırılan məsələlərin icra vəziyyəti barədə görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll olunan, ədalətli şəkildə qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlər barədə aidiyyəti üzrə yuxarı dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb. İcra başçısı qeyd edib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsi nəzarəti altındadır.
Səyyar görüş-qəbulda vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərini rayon rəhbərliyinə çatdırmasına tam şəraitin yaradılıb. Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri onları narahat edən problemləri birbaşa icra başçısına çatdırıblar, qaldırdıqları məsələlərin həllindən ötrü səmimi yanaşmaya görə rayon rəhbərliyinə təşəkkür ediblər. Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri vətəndaşlara göstərilən diqqət və qayğıya, ölkədə sosial-iqtisadi layihələrin uğurlu tətbiqi nəticəsində gündəlik həyat səviyyələrinin yaxşılaşmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.





