Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov WUF 13 çərçivəsində keçirilən “UNESCO-nun Yaradıcı Şəhərləri və Dayanıqlı Şəhərsalma” panel sessiyasında iştirak edib

19 may 2026 | 17:22

   Mayın 19-da Bakı şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində “UNESCO-nun Yaradıcı Şəhərləri və Dayanıqlı Şəhərsalma” panel sessiyası baş tutub. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov iştirak edib. Qeyd edək ki, panel sessiya şəhər mühitində mədəni və yaradıcı sənayelərin rolu, urban transformasiya prosesləri, sosial inklüzivlik və şəhərlərin iqtisadi inkişafa təsiri mövzularına həsr olunub. Panel çərçivəsində, eləcə də mədəni irsin müasir şəhər inkişafına verdiyi töhfələr müzakirə olunub. Panel sessiyada çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova yaradıcı şəhərlər şəbəkəsinə daxil olan Lənkəran, Şəki və Bakıda şəhərsalma sahəsində əhəmiyyətli işlərin həyata keçirildiyini bildirib. Sessiyada nümayiş olunan qısametrajlı təqdimat filmi Lənkəran şəhərinin qastronomiya tematikası üzrə potensialı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Keçidlər