Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Vətən müharibəsi şəhidləri  Samir Allahverdiyev, Zaur Ağalı, Romir Əliyev və Emin Muradovun anım günündə məzarını ziyarət edib

22 oktyabr 2024 | 12:30

    Oktyabrın 22-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailələrinin üzvləri Vətən müharibəsi şəhidləri Allahverdiyev Samir Elçin oğlunun, Ağalı Zaur Kamil oğlunun, Əliyev Romir Rəşadət oğlunun və Muradov Emin İbrahimağa oğlunun Lənkəran şəhər, İstisu və Aşağı Nüvədi qəsəbə, Biləsər kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər, məzarları önünə gül dəstələri düzüblər, xatirələrini ehtiramla anıblar, ruhlarına dualar ediblər. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

    Şəhid ailələrinin üzvləri də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

     
     Allah rəhmət eləsin!

 

Keçidlər