Taleh Qaraşov Vətən müharibəsi şəhidləri Mirxəyal Kərimzadə, Vüsal Hüseynov və Tural Hümmətovun məzarını ziyarət edib
Noyabrın 9-da Vətən müharibəsi şəhidləri Mirxəyal Kərimzadə, Vüsal Hüseynov və Tural Hümmətovun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailələrinin üzvləri Vətən müharibəsi şəhidləri Kərimzadə Mirxəyal Valeh oğlunun, Hüseynov Vüsal Yəhya oğlunun və Hümmətov Tural Rövşən oğlunun Lənkəran şəhər Kiçik bazar, Velədi və Osakücə kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər, məzarları önünə gül dəstələri düzüblər, xatirələrini ehtiramla anıblar, ruhlarına dualar ediblər. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Şəhid ailələrinin üzvləri də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah rəhmət eləsin!