Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Vətən müharibəsi şəhidləri Kamran Vəlizadə və Murad Hüseynzadənin məzarını ziyarət edib

11 noyabr 2024 | 12:57
  Noyabrın 11-i Vətən müharibəsi şəhidləri Kamran Vəlizadə və Murad Hüseynzadənin anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailələrinin üzvləri Vətən müharibəsi şəhidləri Vəlizadə Kamran Əkbər oğlunun və Hüseynzadə Murad Mahmud oğlunun Balıqçılar qəsəbə və Şağlaser kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər, məzarları önünə gül dəstələri düzüblər, xatirələrini ehtiramla anıblar, ruhlarına dualar ediblər. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
   Şəhid ailələrinin üzvləri də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah rəhmət eləsin
Keçidlər