Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Vətən müharibəsi şəhidimiz Fariz Zülfüqarzadənin məzarını ziyarət edib

19 oktyabr 2022 | 11:42

     Vətən müharibəsi şəhidlərinin il dönümləri ilə bağlı Lənkəranda anım günlərinin keçirilməsi Lənkəran Şəhər İcra Hakimiyyətinin gündəlik fəaliyyət istiqamətlərindən biridir. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovun həssaslıqla yanaşdığı sözügedən məsələ daim nəzarətində olmaqla bərabər, bütün anım günlərində şəxsən iştirak edir. Oktyabrın 19-da şəhid Zülfüqarzadə Fariz Fərhad oğlunun il dönümü ilə bağlı icra başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələrinin də iştirakı ilə şəhidimizin Lənkəran şəhər, Kiçik Bazar qəbiristanlığındakı məzarı ziyarət olunub. Taleh Qaraşov ənənəvi olaraq qəbiristanlıqda dəfn olunan bütün şəhidlərin məzarlarını ayrı-ayrılıqda ziyarət edib, məzarları önünə gül dəstələri düzüb, ruhlarına dualar edib və Vətən üçün canından keçən qəhrəman övladlarımıza hörmət və ehtiramını ifadə edib.  İcra başçısı şəhid ailəsinin üzvləri ilə söhbət edib, onların qayğı və ehtiyaclarını dinləyib. Taleh Qaraşov qeyd edib ki, şəhidlərimizin xatirəsinin əziz tutulması və hər zaman anılması mənəvi borcumuzdur. İcra başçısı ölümündən sonra 5 medalla təltif olunan şəhidimiz Fariz  Zülfüqarzadə kimi igid övladlarımızın sayəsində torpaqlarımızın azad olunduğunu və milli qürurumuzun bərpa edildiyini bildirib. Şəhid valideynləri də öz növbəsində onların acısını öz acısı bilən, hər zaman yanlarında olan və onları tək buraxmayan icra başçısı Taleh Qaraşova minnətdarlıqlarını ifadə ediblər.  

     Qeyd edək ki, F.Zülfüqarzadə ölümündən sonra Ali Baş Komandanın müvafiq sərəncamları ilə  "Vətən uğrunda",  "İgidliyə görə",  "Füzulinin azad olunmasına görə",  “Cəbrayılın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə" medallarına laiq görülüb.  

    Allah rəhmət eləsin!

 

 

Keçidlər