Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Vətən müharibəsi iştirakçısı Azər Ağazadənin yas mərasimində iştirak edib

28 oktyabr 2023 | 11:24

    Oktyabrın 27-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Vətən müharibəsi iştirakçısı dəfələrlə dünya və Avropa çempionu olan Azər Ağazadənin yas mərasimində iştirak edib. İcra başçısı Vətən müharibəsi iştirakçısının yaxınlarına başsağlığı verib, dövlətin hər zaman şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının yanında olduğunu vurğulayıb.

    Vətən müharibəsi iştirakçısının anası və qardaşı öz növbəsində icra başçısına təşəkkür edib, rayonumuzda şəhid ailələrinə, Vətən müharibəsi əlillərinə və  iştirakçılarına göstərilən qayğı və diqqətdən razılıq ediblər və bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

    Məlumat üçün bildirək ki, Azər Ağazadə 1 aydan artıq idi ki, Mərkəzi Klinik Xəstəxanada müalicə alırdı, ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

     Qeyd edək ki, Azər Ağazadə cənab Ali Baş Komandan  İlham Əliyevin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocəvəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Keçidlər