Taleh Qaraşov Vətən müharibəsi əlili Ülvi Babazadənin yas mərasimində iştirak edib
21 aprel 2026 | 10:38
Aprelin 20-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Vətən müharibəsi əlili Babazadə Ülvi Həsənəli oğlunun yas mərasimində iştirak edib. İcra başçısı Vətən müharibəsi əlilinin ailə üzvləri ilə söhbət edib, başsağlığı verib, onların qayğı və problemləri ilə maraqlanıb. Taleh Qaraşov dövlətin hər zaman bütün imkanları ilə şəhid ailələrininvə müharibə əlillərinin yanında olduğunu vurğulayıb.
Vətən müharibəsi əlilinin ailə üzvləri göstərilən həssas münasibət və xüsusi qayğıya görə təşəkkürlərini bildiriblər, hər zaman dövlətin qayğısını hiss etdiklərinə görə isə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.





