Taleh Qaraşov Vətən müharibəsi əlili üçün yaradılan şəraitlə tanış olub
Noyabrın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Vətən müharibəsi əlili Vəliəhəd Vəliyevin təsis etdiyi “Lənkəran” idman klubunun idman zalına baş çəkib. Taleh Qaraşov bildirib ki, dövlət başçısının diqqəti və qayğısı nəticəsində ölkəmizdə gənclərin idmana olan marağının artırılması istiqamətində davamlı işlər aparılır. İcra başçısı bu istiqamətdə şəhər İcra hakimiyyətinin hər zaman müharibə əlillərinin yanında olduğunu, onların normal həyata adaptasiyası, eləcə də məşğulluğunun təmin olunması üçün bütün imkanlarını səfərbər etdiyini ifadə edib. Qeyd edək ki, idman klubunda karate, boks, cüdo və digər idman növlərinin inkişaf etdirilməsi nəzərdə tutulub.
Vətən müharibəsi əlili Vəliəhəd Əliyev də öz növbəsində idman zalının ərsəyə gəlməsinə maddi və mənəvi dəstək göstərən Lənkəran ŞİH başçısına təşəkkürünü bildirib. Vətən müharibəsi əlili hər zaman dövlətin qayğı və diqqətini hiss etdiklərini, istənilən məsələylə bağlı müraciətlərinə həssas yanaşıldığını qeyd edib, bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlığını vurğulayıb.