Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Vel və Siyavar kəndlərinin sakinlərinin qayğı və problemlərini dinləyib

02 may 2025 | 11:41

 Mayın 1-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq Siyavar kənd inzibati ərazi dairəsində növbəti səyyar görüş-qəbul keçirib. İcra hakimiyyəti aparatının məsul şəxslərinin, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, yerli idarə və müəssisələrin nümayəndələrinin görüş-qəbulda iştirakı qaldırılan məsələlərin həllinə daha çevik yanaşmanı təmin edib.

 Taleh Qaraşov ötən dövr ərzində ərazidə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həllinin icra vəziyyəti barədə məlumat verib və bildirib ki, yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bütün məsələlər həllini tapıb və digər məsələlər barədə aidiyyəti üzrə dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb.

 Heç bir müraciətin diqqətdən kənar qalmadığını və qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu vurğulayan icra başçısı səyyar görüş-qəbulların cənab Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq keçirildiyini və görüşlərin insanların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması məqsədi daşıdığını qeyd edib.

 Vel və Siyavar kəndlərinin sakinləri şəxsi problem və qayğılarını icra başçısına könüllü, sərbəst və maneəsiz söyləyiblər və qaldırdıqları məsələlərin həllindən ötrü səmimi yanaşmaya görə təşəkkür ediblər.

 Yerli insanlar cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində gördükləri işləri yüksək dəyərləndiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər