Taleh Qaraşov utilizasiya zavodunun tikintisilə bağlı çexiyalı investorları növbəti dəfə qəbul edib
Oktyabr 24-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Çexiyadan gələn bir qrup investoru - "Tabet Group" şirkətinin baş direktoru Yan Ştrunc, "SGCS Centrum" şirkətinin İdarə Heyətinin sədri Duşan Soukup və "OİKOİ Architekti" şirkətinin baş direktoru Marek Velebanı qəbul edib.
Taleh Qaraşov investorları Lənkəranın təbiəti, coğrafi mövqeyi, sosial-iqtisadi ikişafı və investisiya imkanları barədə məlumatlandırıb. İcra başçısı məişət tullantılarının mərkəzləşdirilmiş idarə olunması və utilizasiyası sisteminin yaradılması ilə əlaqədar çexiyalı investorlarla bir neçə görüşün keçirildiyini xatırladıb.
Xarici investorlar Lənkəranda regional utilizasiya zavodunun tikintisində maraqlı olduqlarını bir daha vurğulayıblar.
Görüşdə təqdim olunan layihə ilə bağlı fikir mübadiləsi aparılıb, tərəfləri maraqlandıran suallar cavablandırılıb.