Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov ucqar dag kəndi olan Gəgiranda şəhid Baloğlan Əhədlinin anım günündə məzarını ziyarət edib

07 noyabr 2022 | 15:36

   Noyabrın 7-də Lənkəran rayonunun ucqar dağ kəndi olan Gəgiranda Vətən müharibəsi şəhidi Əhədli Baloğlan Şakir oğlunun anım günü ilə bağlı məzarı ziyarət olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının rəsmilərinin, şəhid ailələrinin üzvlərinin və yerli insanların iştirakı ilə baş tutan ziyarət zamanı Gəgiran kənd qəbiristanlığındakı bütün şəhidlərimizin məzarları üzərinə tər güllər düzülüb, ruhlarına dualar edilib. İcra başçısı şəhidin ailə üzvləri ilə səmimi söhbət edib, onların qayğıları ilə maraqlanıb. Taleh Qaraşov bildirib ki, Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin diqqətdə saxlanılması mənəvi məsələdir və çox sevindiricidir ki, lənkəranlılar bu məsələyə xüsusi həssaslıq göstərirlər. Onun sözlərinə görə, yerli insanların şəhid valideynlərinin yanında olması təqdirəlayiq haldır, çünki el-obadan alınan güc insanı təsəlli edir və yalnız olmadığını hiss etdirir: “Lənkəranlıların Vətən müharibəsində göstərdiyi birlik və bərabərlik bu gün şəhidlərimizə münasibətdə özünü daha qabarıq göstərir”. İcra başçısı dövlətə və dövlətçiliyə sadiq olan lənkəranlıların Vətən müharibəsindəki iştirakının ali siyasi rəhbərlik tərəfindən yüksək dəyərləndirildiyini xüsusi olaraq vurğulayıb. Onun sözlərinə görə, Ali Baş Komandanın müvafiq sərəncamları ilə 23 nəfər ordenlə, 1879 nəfər isə medallarla təltif olunublar. “Qələbəmizin əldə olunmasına görə şəhidlərimizə borcluyuq” deyən icra başçısı şəhidlərimizin valideynlərinin övladlarının vətənpərvər yetişməsindəki roluna da toxunub. Taleh Qaraşov şəhid valideynlərinin cəmiyyətimiz tərəfindən “qəhrəman övladların qəhrəman valideynləri” kimi qəbul olunduqlarını diqqətə çatdırıb.

   Şəhid atası Şakir Əhədov övlad itkisinin çətinliyindən danışaraq bildirib ki, ağrı və acılarına rayon rəhbərliyinin, el-obasının şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin əsas səbəblərindəndir. Ş.Əhədov dövlətimizin başçısının bir neçə gün öncə imzaladığı Sərəncamla övladının 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırıldığını ifadə edib. Bildirilib ki, müharibənin bitməsindən 2 il ötsə də, Ali Baş Komandan Vətən müharibəsində xidməti olan hər kəsin haqqının laiqincə verilməsinə xüsusi önəm göstərir. Şəhid atası dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman qayğı və diqqətini hiss etdiklərini, şəhid ailələrinə xüsusi ehtiram və hörmətlə yanaşdıqlarını qeyd edib və bütün bunlara görə hər birinə minnətdar olduğunu vurğulayıb.

   Qeyd edək ki, şəhidimiz B. Əhədli cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə  ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Allah rəhmət eləsin!

Keçidlər