Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov ucqar dağ kəndi olan Gəgiran kəndində, Xanbulanda və Boladidə şəhidlərimizin məzarlarını ziyarət edib

04 noyabr 2022 | 16:24

     Noyabrın 4-də Vətən müharibəsi şəhidləri Bağırzadə Mahsun Zahir oğlunun, Mirzəyev Rasim Fətta oğlu və İsmayılov Taleh Səndəl oğlunun anım günləri keçirilib.Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri, şəhidlərin ailə üzvləri və ictimaiyyətin nümayəndələri şəhidlərimizin Xanbulan, Gəgiran və Boladi kənd qəbiristanlıqlarındakı məzarlarını ziyarət edib, qəbirləri üzərinə tər güllər düzüb və ruhlarına dualar ediblər. Şəhidləriin ailə üzvləri ilə yaxından söhbət edən icra başçısı onların qayğı və istəklərilə maraqlanıb. Şəhid övladlarına  xüsusi diqqəti ilə seçilən Taleh Qaraşov onların ataları ilə hər zaman fəxr edəcəklərini bildirib. Onun sözlərinə görə, şəhid övladları qürurlu və vüqarlıdırlar ki, qəhrəman ataları var. Qeyd olunub ki, şəhid ailələrinə və xüsusən şəhid övladlarına olan münasibət ən ali səviyyədə nəzarətdədir və şəhidlərin bizlərə olan əmanətləri birbaşa dövlətin himayəsindədir. Taleh Qaraşov qəbir ziyarətləri zamanı ucqar dağ kəndi olan Gəgirana gedən yoldakı şəhid bulaqlarını ziyarət edib, onlara olan hörmət və ehtiramını ifadə edib. İcra başçısı şəhid valideynləri ilə söhbətində hər zaman onların yanında olduğunu vurğulayıb: “Hər birimizin şəhid valideynlərinə, övladlarına hörmət göstərmək mənəvi borcumuzdur, çünki 30 ilə yaxın torpaq həsrətinə məhz şəhidlərimizin sayəsində son qoyulub”.

    Şəhidimiz M.Bağırzadə döyüşlərdə göstərdiyi şücaətə görə dövlətimizin başçısı tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına laiq görülüb.

    Qeyd edək ki, şəhid R.Mirzəyev ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

      Şəhidimiz T.İsmayılov döyüşlərdəki əzmkarlığı, qorxmazlığı və cəsarətinə görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medallarına laiq görülüb.

      Allah rəhmət eləsin!

Keçidlər