Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov ucqar dağ kəndi olan Alazəpin kəndində, Ürgə və Şiləvarda şəhidlərin məzarlarını ziyarət edib

06 noyabr 2023 | 12:17
   Noyabrın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhid Hadiyev Raqim Teymur oğlunun, İbadzadə Zabil Fikrət oğlunun və Cəfərzadə Eşqin Hamlet oğlunun dəfn olunduqları Alazəpin, Ürgə və Şiləvar qəbiristanlıqlarındakı məzarını ziyarət ediblər. Anım günündə gerçəkləşən ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Qeyd edək ki, R.Hadiyev ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
   Şəhid Z.İbadzadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medallarına laiq görülüb.
    Qeyd edək ki, E.Cəfərzadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
   
     Allah rəhmət eləsin!
Keçidlər