Taleh Qaraşov ucqar dağ kəndi Gəgiranda şəhid məzarını ziyarət edib
Noyabrın 4-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri ucqar dağ kəndi olan Gəgiranda Mirzəyev Rasim Fətta oğlunun və Xanbulanda Bağırzadə Mahsun Zahir oğlunun məzarını ziyarət ediblər. Anım günündə gerçəkləşən ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib.
Eyni gündə icra başçısı hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə 19-20 sentyabr antiterror əməliyyatları zamanı şəhid olan Narbağı kənd sakini şəhid Nəzərli Nicat Mübariz oğlunun 40 mərasimində iştirak ediblər.
Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb. Dövlətin hər zaman bütün imkanları ilə şəhid ailələrinin yanında olduğunu qeyd edən Taleh Qaraşov məhz şəhidlərimiz sayəsində torpaqlarımızın azad olunduğunu, ərazi bütövlüyümüzün və suveren hüquqlarımızın tam bərpa edildiyini vurğulayıb.
Allah rəhmət eləsin!