Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov ucqar dağ kəndi Gəgiranda şəhid Rasim Mirzəyevin övladının xeyir məclisində iştirak edib

26 iyun 2023 | 09:09
    Şəhid ailələrinə, övladlarına, müharibə əlillərinə, müharibə veteranlarına qayğı və diqqət istər cəmiyyətin, istərsə də dövlətin həssas yanaşdığı məsələlərdəndir. Sözügedən kateqoriyadan olan insanlara hörmət və ehtiram hər birimizin mənəvi borcudur. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da istisnasız olaraq şəhid ailələrinin xeyir və yas mərasimlərinin hər birində iştirak edir, dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq onların yanlarında olduğunu əyani formada nümayiş etdirir. Şəhid əmanətlərinə qarşı həssaslığı ilə seçilən icra başçısı onların yalnız olmadıqlarını hiss etdirmək üçün sözün həqiqi mənasında əlindən gələn hər şey edir. Taleh Qaraşov iyunun 26-da ucqar dağ kəndi olan Gəgiranda şəhid Rasim Mirzəyevin Vətənə əmanət övladının xeyir məclisində iştirak etməyi də özünə mənəvi borc bilib. İcra başçısı yolüstü şəhid Rasim Mirzəyevin xatirəsinə inşa olunan bulağı ziyarət edib, önünə tər güllər düzüb. Taleh Qaraşovun şəhid övladının xeyir məclisində iştirakını Gəgiran sakinləri məmnuniyyətlə qarşılayıblar. Taleh Qaraşov şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti nəticəsində şəhidlərimiz və onların ailələrinin üzvləri cəmiyyətdə laiq olduqları ən yüksək mövqedədirlər. Şəhid ailələri tərəfindən qaldırılan bütün məsələlər dərhal həll olunur. Taleh Qaraşov şəhid yadigarının qəhrəman atasının şərəfli ömür və döyüş yolu ilə fəxr etməli olduğunu vurğulayıb. İcra başçısı şəhid övladına sağlam, xoşbəxt həyat arzu edib, onun atası kimi xalqına və dövlətinə laiq vətənpərvər övlad kimi böyüyəcəyinə olan inamını ifadə edib. Taleh Qaraşova minnətdarlığını vurğulayan şəhid atası Fəttah Mirzəyev onu ailə üzvlərindən hesab etdiklərini söyləyib. "Bizim bütün şad və acılı günlərimizdə yanımızdasınız, hər zaman doğmalığınızı hiss edirik" deyən şəhid atası onları yalnız saxlamadıqlarına, üz tutduqları bütün dövlət qurumlarında hörmət və ehtiramla qarşılandıqlarına və qaldırdıqları istənilən məsələyə həssaslıqla yanaşıldığına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından təşəkkür edib.
     Qeyd edək ki, şəhid Rasim Mirzəyev Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Keçidlər