Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Şiləvar kənd inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib

22 fevral 2024 | 12:16
  Fevralın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təsdiq olunmuş qrafikə uyğun olaraq Şiləvar kənd inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib. Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.   Taleh Qaraşov ötən qəyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanları məlumatlandırıb. Bildirilib ki, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində ədalətli şəkildə qaldırılan bütün məsələlər öz həllini tapıb, digər məsələlər barədə aidiyyəti üzrə qurumlara müraciətlər ünvanlanıb və bu barədə vətəndaşlara məlumat verilib. ŞİH başçısı qeyd edib ki, qaldırılan hər bir məsələyə həssas yanaşılır və hər biri şəxsən onun nəzarətindədir. Digah və Şiləvar kəndlərinin sakinlərinin şəxsi və ümumi problemlərini dinləyən Taleh Qaraşov bir sıra məsələlərin həlli ilə bağlı yerində göstərişlərini verib, əlavə araşdırma tələb olunan məsələlər barədə isə qanunvericiliyin tələblərinə uyğun müddətdə vətəndaşlara nəticə barədə məlumatların verilməsini aidiyyəti vəzifəli şəxslərə tapşırıb.İcra başçısı qeyd edib ki, cənab Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq yerlərdə həyata keçirilən səyyar qəbul-görüşlərin önəmindən danışıb. Bildirilib ki, səyyar qəbul-görüşlərin keçirilməsində məqsəd yerli sakinlərin şəxsi və ümumi problemlərinin öyrənilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması, insanların həyat və şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsidir.Yerli sakinlər ölkədə vətəndaş-məmur münasibətlərinin yüksələn xəttlə inkişafından, qaldırdıqları məsələlərə operativ və obyektiv yanaşma ortaya qoyulmasından məmnunluqlarını ifadə ediblər. Digah və Şiləvar kəndlərinin sakinləri insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən  işlərə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini ifadə ediblər.

 

Keçidlər