Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Separadi kəndində yerli fermer tərəfindən salınan sitrus bağına baxış keçirib

26 may 2023 | 11:50

            Dövlət başçısının sosial dövlət quruculuğu istiqamətində yürütdüyü siyasət, qeyri-neft sektorunun inkişafı və kənd təsərrüfatına qoyulan investisiyalar ölkə əhalisinin rihafının yüksəldilməsinə hesablanıb ki, Lənkəran rayonunda da bu istiqamətdə mütəmadi addımlar atılır. Belə ki, ötən ildə Lənkəranda kənd təsərrüfatının inkişafına investisiya qoyuluşunun həcmi artmış, rayonda baramaçılığın, sitrus və suptropik meyvə, o cümlədən meyvə bağlarının salınması 2154 hektara çatdırılmış, 21705 ton meyvə tədarük edilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Separadi kəndi ərazisində “Lenk-Fruit” MMC-ə məxsus 150 hektarlıq ərazidə salınan sitrus bağına baxış keçirib. Bildirilib ki, ümumi dəyəri 10.7 milyon manat olan investisiyanın yatırıldığı bağda 135 min ədəd sitrus meyvə ağacları əkilib. Əsasən xarici sort toxumların yetişdirildiyi və şəhər mərkəzindən 18 km məsafədə yerləşən bağda 50 nəfər daimi, 300 nəfər mövsümü işlə təmin olunub. Ən müasir aqrotexniki xidmətlərin aparıldığı bağda Damcı usulu ilə müasir suvarma şəbəkəsindən istifadə edilir. Bundan başqa, sitrus bağında qış aylarında şaxtanın hərarətini normal dərəcəyədək aşağı salan 15 ədəd “Donqoruyan Pərvanə” ( “Frost Guard” ) tipli xüsusi avadanlıq quraşdırılıb.  Hazırda əsasən daxili bazarın tələbatının ödənilməsini nəzərdə tutan bağdan cari ildə 3 min ton məhsulun əldə olunması nəzərdə tutulub.

 

Keçidlər