Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov şəhid Vasif Hüseynovun anasının hüzr mərasimində iştirak edib

11 noyabr 2026 | 12:28

  Noyabrın 11-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Birinci Qarabağ müharibəsi şəhidi Vasif Hüseynovun anası Hüseynova Məsmə Fərman qızının hüzr mərasimində iştirak edib.

  İcra başçısı şəhid anasının ailə üzvlərinə dərin hüznlə başsağlığı verib və bildirib ki, Vətən naminə canını fəda etmiş igidlərimizi boya-başa çatdıran müqəddəs analarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı naminə misilsiz qəhrəmanlıqlar göstərərək şanlı bir tarix yazıblar. Qəhrəman şəhidlərimizin bizə əmanət qoyub getdikləri ailələrinə diqqət və qayğı göstərmək isə hər birimizin ən müqəddəs mənəvi borcudur.

  Şəhid ailəsinin üzvləri göstərilən dərin ehtiramı yüksək qiymətləndiriblər, onlardan diqqət və qayğısını əsirgəməyən ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər