Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhidimiz Rəşid Məmmədovun məzarını ziyarət edib

29 oktyabr 2022 | 11:51

      Oktyabrın 29-da şəhidimiz Məmmədov Rəşid Rəşad oğlunun anım günü keçirilib.  Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının məsul şəxslərinin, şəhid ailələrinin üzvlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə şəhidin Sütəmurdov kənd qəbiristanlığındakı məzarı ziyarət olunub. Ənənəvi olaraq kənd qəbiristanlığındakı bütün şəhid məzarları ziyarət edilib, qəbirləri önünə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə səmimi söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb. İcra başçısı bildirib ki, qazandığımız qələbəyə görə şəhidlərimizə hər zaman borcluyuq  və onlar bizim qəlbimizdə əbədiyaşarlıq qazanıblar. Şəhid valideynlərinin də vətənpərvər ruhda övlad böyüdüb tərbiyə etdiklərinə görə xüsusi diqqət və rəğbətə laiq olduqlarını vurğulayan Taleh Qaraşov cəmiyyətimizin onlara laiqli  münasibət göstərdiyini və bunun məmnuniyyətlə qarşılandığını qeyd edib.

      Şəhid atası Rəşad Məmmədov da övladına verilən dəyərə, qiymətə və diqqətə görə minnətdarlığını ifadə edib. Bildirilib ki, şəhid ailələri tam şəkildə dövlətin qayğısı və himayəsindədirlər və sözügedən istiqamətdəki işlər cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir, bu isə onlara özlərini ali səviyyədə diqqətlə əhatə olunmaq və yalnız olmadıqları hissini yaşadır.

     Qeyd edək ki, Məmmədov Rəşid Rəşad oğlu Ali Baş Komandanın müvafiq sərəncamları ilə  “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

      Allah rəhmət eləsin!

Keçidlər