Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhidimiz Mehdizadə Əli Məcid oğlunun məzarını ziyarət edib

02 noyabr 2022 | 10:45

    “Qalibiyyətimizi qanları və canları ilə əbədiləşdirən şəhidlərimizin xatirəsinin əziz tutulması hər birimizin mənəvi borcudur”. Bunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Vətən müharibəsi şəhidi Mehdizadə Əli Məcid oğlunun anım mərasimində deyib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının rəsmi şəxslərinin, şəhid ailələrinin və yerli insanların iştirakı ilə Mehdizadə Əli Məcid oğlunun anım günü ilə bağlı məzarı ziyarət olunub. Şiləvar qəbiristanlığındakı bütün şəhidlərin qəbirləri üzərinə tər güllər düzülüb, ruhlarına dualar edilib. İcra başçısı  şəhidimizin ailə üzvləri ilə söhbət edib və qayğıları ilə maraqlanıb. Taleh Qaraşov bildirib ki, şəhid ailələrinə xüsusi qayğı və diqqətin göstərilməsi, eyni zamanda, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Qəhrəman övladların yetişməsində valideynlərin əvəzsiz rolu barədə danışan icra başçısı şəhid və qazi analarına, habelə Vətən müharibəsi iştirakçılarının valideynlərinə təşəkkürünü bildirib.

     Şəhid valideynləri də Taleh Qaraşovun onlara qarşı diqqət və qayğısından məmnunluqlarını ifadə edib, təşəkkürlərini bildiriblər.

     Qeyd edək ki, şəhidimiz Əli Mehdizadə göstərdiyi qəhrəmanlığa və şücaətə görə ölümündən sonra Ali Baş Komandan cənab lham Əliyev tərəfindən 3-cü dərəcəli “Rəşadət” ordeninə və “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medallarına laiq görülüb.

      Allah rəhmət eləsin!

 

Keçidlər