Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhidimiz mayor Aqşin İbadovun ev muzeyinin açılışında iştirak edib

21 oktyabr 2022 | 18:15

     Şəhidlərin adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulması və gələcək nəsillər arasında təbliğ olunması dövlətin aparıcı istiqamətlərindəndir. Torpaqlarımızın azadlığı uğrunda canını düşünmədən fəda edən qəhrəman övladlarımızın adlarının əbədiləşdirilməsi və xatirələrinin ehtiramla yad olunması Lənkəran Şəhər İcra Hakimiyyətinin gündəlik işinin başlıca xəttlərindəndir ki, icra başçısı Taleh Qaraşov sözügedən məsələyə həssaslığı və tələbkarlığı ilə bütün Lənkəran ictimaiyyətinin qəlbində özünə yer edib. Şəhidlərin hər birinin anım mərasimlərində, il dönümlərində, xatirə gecələrində və adlarının əbədiləşdirilməsinə həsr olunan tədbirlərdə şəxsən iştirakı özünə mənəvi borc bilən Taleh Qaraşov oktyabrın 21-də mayor İbadov Aqşin Nazim oğlunun şəhadətə qovuşduğu gündə Lənkəranın Boladi kəndində vaxtılə yaşadığı ata ocağında ev muzeyinin açılışında iştirak edib. Dövlət himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çııxış edib. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın valideynlərinə təşəkkür edən icra başçısı cəmiyyətin hər bir fərdinin şəhid valideynlərinə hörmətlə, ehtiramla yanaşmalı olduğunu qeyd edib. “Şəhid valideynlərinə və ailə üzvlərinə bütün məclislərdə ehtiramla ən yuxarı məqamlarda yer göstərilməsi, onların özlərini yalnız hiss etməmələri üçün cəmiyyətimizin əlindən gələni etməsi olduqca mühüm məqamdır, çünki buna onların mənəvi haqqları var” deyən Taleh Qaraşov dövlət səviyyəsində də şəhid ailələrinə xüsusi və həssas yanaşmanın olduğunu ifadə edib. Onun sözlərinə görə,  dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva sözügedən təbəqədən olan insanların qayğı və problemlərinin, habelə müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasına şəxsən nəzarət edirlər.

       Şəhid atası Nazim İbadov övlad itkisinin çətinliyindən danışaraq bildirib ki, ağrı və acılarına rayon rəhbərliyinin və el-obasının şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin əsas səbəblərindəndir. N.İbadov dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman qayğı və diqqətini hiss etdiklərini, şəhid ailələrinə xüsusi ehtiram və hörmətlə yanaşdıqlarını qeyd edib və bütün bunlara görə hər birinə minnətdar olduğunu vurğulayıb.

     Çıxışlardan sonra şəhidimizin təhsil aldığı Boladi kənd 1 nömrəli tam orta məktəbinin şağirdlərinin ifasında vətənpərvərlik ruhunda və şəhidlərimizin xatirəsinə həsr olunan şerlər səsləndirilib.  Ev muzeyi ilə tanış olan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra şəhid Aqşin İbadovun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

       Qeyd edək ki, icra başçısı Taleh Qaraşov mayor İbadov Aqşin Nazim oğlu ilə eyni gündə şəhadətə qovuşan Vətən müharibəsi şəhidlərimiz baş leytenant Hüseynli Etiram Həsən oğlunun və Şıxəlizadə Emil Şahin oğlunun Lənkəran şəhər, Kiçik Bazar və Gərmətük qəsəbə qəbiristanlıqlarındakı qəbirlərini də ziyarət edib, məzarları önünə tər güllər düzüb, ruhlarına dualar edib.

         Allah rəhmət eləsin!

Keçidlər