Taleh Qaraşov şəhid Zaur İsmayılzadənin anım günündə məzarını ziyarət edib
Oktyabrın 9-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailəsinin üzvləri şəhid İsmayılzadə Zaur Nizami oğlunun məzarını ziyarət ediblər. Anım günündə baş tutan ziyarət zamanı qəsəbə qəbiristanlığındakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Qeyd edək ki, dövlət başçısının sərəncamları ilə Z.İsmayılzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!