Taleh Qaraşov şəhid Xəyal Əhədzadənin anım günündə iştirak edib
13 sentyabr 2025 | 12:16
Sentyabrın 13-də Ermənistan ordusunun təxribatının qarşısını alarkən şəhid olan Əhədzadə Xəyal Əlövsət oğlunun anım günü keçirilib. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri iştirak edib. Şəhidin qəbri ziyarət olunub, məzarı önünə tər güllər düzülüb, ruhuna dualar edilib.
Taleh Qaraşov şəhid atası ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.
Şəhid atası cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildirib.
Allah rəhmət eləsin!





