Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov şəhid Vüsal Quliyevin və Samir Quliyevin anım mərasimində iştirak edib

28 sentyabr 2025 | 12:16
     Vətən müharibəsi şəhidləri Quliyev Vüsal Tahir oğlunun və Quliyev Samir Məhərrəm oğlunun anım günü keçirilib.
Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhidlərin Şilavar və Velədi kəndlərindəki qəbri ziyarət olunub, məzarları önünə tər güllər düzülüb, ruhlarına dualar edilib.
     Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb, dövlətin hər zaman yanlarında olduğunu qeyd edib.
     Şəhidlərin ailə üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.
   
     Allah rəhmət eləsin!
 
 
 
 
 
 
 
 
 
Keçidlər