Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Vüsal Quliyev və Samir Quliyevin anım günündə məzarlarını ziyarət edib

28 sentyabr 2023 | 16:08

    Sentyabrın 28-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhidlərimiz Quliyev Samir və Quliyev Vüsalın məzarlarını ziyarət ediblər. Anım günündə Lənkəran şəhər və Velədi kəndində gerçəkləşən ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

    Şəhid ailələri də öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

   Suqovuşan döyüşləri zamanı şəhid olan kapitan Vüsal Quliyev hələ sağlığında dövlət başçısının Sərəncamı ilə “Azərbaycan Ordusunun 100 iiliyi” yubiley medalına laiq görülüb. Ölümündən sonra isə 3-cü dərəcəli “Rəşadət” ordeni, “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

   Qeyd edək ki, Samir Quliyev ölümündən sonra cənab Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

     Allah rəhmət eləsin!

 

Keçidlər