Taleh Qaraşov şəhid Vüsal Hüseynovun qardaşının toy şənliyində iştirak edib
Taleh Qaraşov şəhid Vüsal Hüseynovun qardaşının toy şənliyində iştirak edib
Noyabrın 17-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid Hüseynov Vüsalın qardaşı Hüseynov Orxanın toy şənliyində iştirak edib. Şəhid ailələrinə diqqəti ilə seçilən Taleh Qaraşov şəhid qardaşının toy şənliyində iştirakı özünə mənəvi borc bilib. Şəhidin ailə üzvlərinə xeyir-dua verən icra başçısı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan danışıb, dövlətimizin bütün imkanları ilə hər zaman onların yanında olduğunu vurğulayıb.
Şəhid atası Hüseynov Yəhya icra başçısını ailə üzvlərindən biri olaraq qəbul etdiklərini, onun hər zaman sevinclərinə və kədərlərinə şərik olduğunu ifadə edib. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə qayğı və diqqətini hər zaman hiss etdiklərini bildirən şəhid atası onlara minnətdarlıqlarını ifadə edib.
Allah xeyir versin!