Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Vüsal Hüseynov, Mirxəyal Kərimzadə və Tural Hümmətovun məzarlarını ziyarət edib

09 noyabr 2023 | 17:48
    Noyabrın 9-da şəhid Kərimzadə Mirxəyal Valeh oğlu, Hüseynov Vüsal Yəhya oğlu və Hümmətov Tural Rövşən oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhidlərin məzarını ziyarət ediblər.
     Qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
    Qeyd edək ki, şəhid V.Hüseynov ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına laiq görülüb.
Şəhid M.Kərimzadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
     Şəhid T.Hümmətov ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Keçidlər