Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Vasif Abiyevin məzarını ziyarət edib

01 dekabr 2022 | 12:33

“Vətənə əmanət olan şəhid yadigarları hər zaman qəhrəman ataları ilə fəxr edəcəklər, onlarla qürur duyacaqlar, xalqımız və dövlətimiz var olduqca şəhid övladları hər zaman qayğı ilə əhatə olunacaqlar”. Bunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dekabrın 1-də şəhid Abiyev Vasif Vaqif oğlunun anım mərasimində bildirib. İcra hakimiyyəti aparatının rəsmi şəxslərinin, şəhid ailələrinin üzvlərinin və yerli ictimaiyyətin nümayəndələrinin də iştirak etdiyi anım günündə şəhid Vasif Abiyevin və Nərimanabad qəsəbə qəbiristanlığındakı Vətən uğrunda canını fəda edən qəhrəman övladlarımızın məzarları ziyarət olunub, qəbirləri üzərlərinə tər güllər düzülüb və ruhlarına dualar edilib. Şəhidin ailə üzvləri ilə səmimi söhbət edən Taleh Qaraşov onların qayğı və problemləri ilə maraqlanıb. Şəhid valideynlərinə minnətdarlıq edən icra başçısı qeyd edib ki, məhz onların övladlarının qanı, ordumuzun gücü və xalqımızın birliyi sayəsində qazandığımız Qələbə nəticəsində bu gün ölkəmizin başçısı cənab İlham Əliyev “Dəmir Yumruğ”unu qətiyyətlə diplomatik masada da vurur.

Şəhid atası Vaqif Abiyev də şəhidlərimizə göstərilən diqqət və ehtiramdan ötrü icra başçısına minnətdarlığını qeyd edib. Bildirilib ki, soyuq və yağışlı hava şəraitinə baxmayaraq, icra başçısının şəhid anım tədbirlərində iştirak etməsi şəhidlərimizə və onların ailələrinə olan ehtiamın göstəricisidir. Dövlət başçısı cənab İlham Əliyevin şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, habelə şəhid ailələrinə olan diqqəti barədə danışan Vaqif Abiyev razılığını ifadə edib, şəhid övladlarının dövlətin qayğısı ilə əhatə olunduğunu bildirib və bütün bunlara görə minnətdarlığını vurğulayıb.

Qeyd edək ki, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Vasif Abiyev dövlət başçısının sərancamları ilə ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü", “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Keçidlər