Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Ülfət Babazadənin məzarını ziyarət edib

20 noyabr 2023 | 11:08
  Noyabrın 20-də şəhid Babazadə Ülfət Qabil oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıb, ruhuna dualar ediblər. İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
  Qeyd edək ki, şəhid Ü.Babazadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
 
   Allah rəhmət eləsin!
Keçidlər