Taleh Qaraşov şəhid Soltan Əliyevin atasının hüzr mərasimində iştirak edib
İyunun 11-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Birinci Qarabağ müharibəsi zamanı şəhid olan Soltan Əliyevin atası Məmməd Əliyevin hüzr mərasimində iştirak edib. İcra başçısı şəhidin ailə üzvlərinə başsağlığı verib, Vətən uğrunda canından keçən igidlərimizin xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını, Azərbaycan oğullarının torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərərək tarix yazdıqlarını və onların ailələrinə qayğı göstərməyin hər birimizin mənəvi borcu olduğunu bildirib.
Şəhid ailələrinin üzvləri də onlara göstərilən diqqət və ehtirama görə təşəkkür ediblər və bütün bunlara görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.





