Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Samir Allahverdiyev, Romir Əliyev, Zaur Ağalı və Emin Muradovun məzarını ziyarət edib

22 oktyabr 2023 | 11:08
   Oktyabrın 22-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhid Əliyev Romir, Allahverdiyev Samir, Ağalı Zaur və Muradov Eminin məzarını ziyarət ediblər. Anım günündə gerçəkləşən ziyarət zamanı Lənkəran şəhər, Aşağı Nüvədi və İstisu qəsəbə, habelə ucqar dağ kəndi olan Biləsərdəki qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
   Qeyd edək ki, şəhid Romir Əliyev ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
    Şəhid Samir Allahverdiyev ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
   Qeyd edək ki, şəhid Zaur Ağalı ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarına laiq görülüb.
    Şəhid Emin Muradov ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
 
      Allah rəhmət eləsin!
Keçidlər