Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Röyal İbrahimovun bacısının toy şənliyində iştirak edi

11 may 2023 | 15:44

    Mayın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid Röyal İbrahimovun bacısının toy şənliyində iştirak edib. Hər zaman şəhid ailələrinə diqqəti ilə seçilən Taleh Qaraşov şəhid bacısının toy şənliyində iştirakı özünə mənəvi borc bilib. Şəhid valideynlərinə xeyir-dua verən icra başçısı dövlətimizin hər zaman bütün imkanları ilə onların yanında olduğunu vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyilə bağlı rayonumuzda təşkil olunan konsert proqramında çıxış edən tanınmış musiqiçilərdən əməkdar artist Firuz Səxavət, Şöhrət Məmmədov, Cavid Kişiyev, Günel Məhərrəmova, Elgün Əlizadə və Qurban Nəzərov da Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının dəvəti ilə şəhid bacısının toy şənliyində iştirak edib, bir-birindən rəngarəng musiqi nömrələri ilə çıxış ediblər. Şənlik iştirakçıları icra başçısı və eləcə də sürpriz musiqiçi qonaqları toyda görməkdən məmnunluqlarını ifadə ediblər.

    Qeyd edək ki, şəhidimiz R.İbrahimov cənab Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Allah xeyir versin!

Keçidlər