Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

 Taleh Qaraşov şəhid Rəşid Məmmədovun məzarını ziyarət edib, Mirmusa Hüseynzadə, Vüqar Heydərov və Məhəmməd Hüseynovun 40 mərasimində iştirak edib

30 oktyabr 2023 | 09:20
  Oktyabrın 29-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhid Məmmədov Rəşid Rəşad oğlunun il dönümündə məzarını ziyarət ediblər. Anım günündə gerçəkləşən ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib.
    Eyni gündə icra başçısı hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə 19-20 sentyabr antiterror əməliyyatları zamanı şəhid olan İstisu qəsəbə sakini Hüseynzadə Mirmusa Vüqar oğlunun, Boladi kənd sakini Heydərov Vüqar Rəfail oğlunun və Viyən kənd sakini Hüseynov Məhəmməd Səfaət oğlunun 40 mərasimində iştirak ediblər. İcra başçısı şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb. Dövlətin hər zaman bütün imkanları ilə şəhid ailələrinin yanında olduğunu qeyd edən Taleh Qaraşov məhz şəhidlərimiz sayəsində torpaqlarımızın azad olunduğunu, ərazi bütövlüyümüzün və suveren hüquqlarımızın tam bərpa edildiyini vurğulayıb.
   Şəhid ailələri onlara göstərilən həssas münasibət və xüsusi qayğıdan razı qaldıqlarını ifadə ediblər, bütün bunlara görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
 
     Allah rəhmət eləsin!
Keçidlər