Taleh Qaraşov şəhid qardaşı və Vətən müharibəsi iştirakçısı Murad Mehdizadənin toy şənliyində iştirak edib
Martın 10-da şəhid Əli Mehdizadənin qardaşı, Vətən müharibəsi iştirakçısı Murad Mehdizadənin toy şənliyi keçirilib. Qeyd edək ki Murad Mehdizadə dövlət başçısının Sərəncamına uyğun olaraq "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Şəhid ailələrinin üzvlərinin, qazi və müharibə iştirakçılarının da qatıldığı toy mərasiminə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun icra aparatının kollektivi ilə gəlişi məclis iştirakçıları tərəfindən məmnuniyyətlə qarşılanıb. Hər zaman şəhid ailələrinin yanında olan Taleh Qaraşov onların sevincinə şərik olub, yeni evlənən cütlüyə ailə xoşbəxtliyi arzu edib. Şəhid valideynləri icra başçısını ailə üzvlərindən biri gördüklərini, onun hər zaman sevinclərinə və kədərlərinə şərik olduğunu vurğulayıblar. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə qayğı və diqqətini hər zaman hiss etdiklərini qeyd edən şəhid valideynləri onlara minnətdarlıqlarını ifadə ediblər. Lənkəran ŞİH başçısı Taleh Qaraşov toy mərasimində şəhid ailələrinin üzvləri, qazi və müharibə iştirakçıları ilə birgə rəqs edib, xatirə şəkilləri çəkdirib.