Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov şəhid Orxan Quluzadə, Orxan Dadaşlı və Heydər Qənbərzadənin anım günündə iştirak edib

08 noyabr 2025 | 11:38
     Noyabrın 8-də Vətən müharibəsi şəhidləri Quluzadə Orxan Elxan oğlunun, Dadaşlı Orxan Elxan oğlunun və Qənbərzadə Heydər Ağahüseyn oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidlərin Şiləvar və Cil kənd qəbiristanlığındakı qəbirlərini ziyarət edib, məzarları önünə tər güllər düzüb, ruhlarına dualar ediblər.
    Taleh Qaraşov şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.
    Şəhid ailələrinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.
 
    Allah rəhmət eləsin!
Keçidlər