Taleh Qaraşov şəhid Nicat Nəzərlinin, Mehman Şirvanovun və Qalib Əkbərzadənin anım mərasimində iştirak edib
27 sentyabr 2025 | 11:41
Antiterror əməliyyatları zamanı şəhid olan Nəzərli Nicat Mübariz oğlunun, Vətən müharibəsi şəhidləri Şirvanov Mehman Mirəziz oğlunun və Əkbərzadə Qalib Əbdüləhəd oğlunun anım günü keçirilib.
Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhidlərin Narbağı, Ürgə və Kərgəlan kəndlərindəki qəbri ziyarət olunub, məzarları önünə tər güllər düzülüb, ruhlarına dualar edilib.
Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb, dövlətin hər zaman yanlarında olduğunu qeyd edib.
Şəhidlərin ailə üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.
Allah rəhmət eləsin!





