Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Murad Hüseynzadə və Kamran Vəlizadənin məzarını ziyarət edib

11 noyabr 2023 | 13:14
    Noyabrın 11-də şəhid Vəlizadə Kamran Əkbər oğlu və Hüseynzadə Murad Mahmud oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhidlərin məzarını ziyarət ediblər. Qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
    Qeyd edək ki, şəhid Kamran Vəlizadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına laiq görülüblər.
Şəhid Murad Hüseynzadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
 
     Allah rəhmət eləsin!
Keçidlər