Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov şəhid Mirxəyal Kərimzadə, Vüsal Hüseynov və Tural Hümmətovun anım günündə iştirak edib

09 noyabr 2025 | 14:28

      Noyabrın 9-da Vətən müharibəsi şəhidləri Kərimzadə Mirxəyal Valeh  oğlunun, Hüseynov Vüsal Yəhya oğlunun və Hümmətov Tural Rövşən oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidlərin “Kiçik bazar”, Velədi və Oskücə kənd qəbiristanlığındakı qəbrlərini ziyarət edib, məzarları önünə tər güllər düzüb, ruhlarına dualar ediblər.

      Taleh Qaraşov şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.

     Şəhid ailələrinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.

      Allah rəhmət eləsin!

 

Keçidlər