Taleh Qaraşov şəhid Mirmusa Hüseynzadənin, Vüqar Heydərovun, Aqil Əkbərovun və Məhəmməd Hüseynovun anım mərasimində iştirak edib
21 sentyabr 2025 | 14:27
Sentyabrın 20-də lokal xarakterli antiterror əməliyyatı nəticəsində şəhid olan Hüseynzadə Mirmusa Vüqar oğlunun, Heydərov Vüqar Rəfail oğlunun, Əkbərov Aqil Fayəddin oğlunun və Hüseynov Məhəmməd Şəfahət oğlunun anım günü keçirilib.
Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri iştirak edib. Şəhidlərin İstisu qəsəbə, Boladi, Xolmili və Viyən kəndlərindəki qəbri ziyarət olunub, məzarları önünə tər güllər düzülüb, ruhlarına dualar edilib.
Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb, dövlətin hər zaman yanlarında olduğunu qeyd edib.
Şəhidlərin ailə üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.





