Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov şəhid Mirməhəmmədəli Rzazadənin və Qüdrət Məmmədzadənin anım günündə iştirak edib

17 oktyabr 2025 | 11:44

     Oktyabrın 17-də Vətən müharibəsi şəhidləri Rzazadə Mirməhmmədəli Tərlan oğlunun və Məmmədzadə Qüdrət Tofiq oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidlərin Şiləvar və Sütəmurdov kəndlərindəki qəbrlərini ziyarət edib, məzarları önünə tər güllər düzüb, ruhlarına dualar ediblər.

    Taleh Qaraşov şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.

    Şəhid ailələrinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.

    Allah rəhmət eləsin!

 

Keçidlər