Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Mirməhəmmədəli Rzazadə və Qüdrət Məmmədzadənin məzarlarını ziyarət edib

17 oktyabr 2023 | 16:32

   Oktyabrın 17-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhid Rzazadə Mirməhəmmədəli Tərlan oğlunun və Məmmədzadə Qüdrət Tofiq oğlunun məzarlarını ziyarət ediblər. Anım günündə gerçəkləşən ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

   Qeyd edək ki, Mirməhəmmədəli Rzazadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

  Şəhidimiz Qüdrət Məmmədzadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Allah rəhmət eləsin!

 

 

Keçidlər