Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Mail Əzizovun məzarını ziyarət edib

26 noyabr 2022 | 11:33

Noyabrın 26-da şəhid Əzizov Mail Mahir oğlunun anım günü ilə bağlı məzarı ziyarət olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının məsul şəxslərinin, şəhid ailələrinin üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şağlakücə kənd qəbiristanlığındakı şəhid məzarları ziyarət edilib, qəbirləri önünə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə səmimi söhbət edib, qayğıları ilə yaxından maraqlanıb. İcra başçısı bildirib ki, qazandığımız qələbəyə görə şəhidlərimizə hər zaman borcluyuq  və onlar bizim qəlbimizdə əbədiyaşarlıq qazanıblar. “Arzularımızı reallaşdıran şəhidlərimizlə fəxr edirik” deyən T.Qaraşov bildirib ki, şəhidlərimizin sayəsində daim qalib xalq olaraq yaşayacağıq. Şəhid valideynlərinin də vətənpərvər ruhda övlad böyüdüb tərbiyə etdiklərinə görə xüsusi diqqət və rəğbətə laiq olduqlarını vurğulayan icra başçısı cəmiyyətimizin onlara laiqli  münasibət göstərdiyini və bunun məmnuniyyətlə qarşılandığını qeyd edib. İcra başçısı şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların döyüş meydanındakı cəsarət və şücaətinə görə laiq olduqları medal və ordenlərlə təltif olunduqlarına da diqqət çəkib. Taleh Qaraşovun sözlərinə görə, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid adlarının əbədiləşdirilməsinə, onların gələcək nəsillər arasında təbliğ olunmasına, habelə şəhid ailələrinin sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasına xüsusi həssaslıqla yanaşırlar və daim sözügedən məsələləri diqqətdə saxlayırlar.

Şəhidin atası Mahir Əzizov da göstərilən diqqətə və qayğıya, istənilən problemlərinin həlli üçün icra başçısı ilə birbaşa, maneəsiz əlaqə yarada bildiklərinə görə Taleh Qaraşova minnətdarlıqlarını ifadə edib. Şəhid atası bildirib ki, ölkəmizdə istər dövlət qurumları, istərsə də sıravi vətəndaşlar tərəfindən şəhid ailələrinə olan münasibət yüksək səviyyədədir. M.Əzizov onlara göstərilən həssas yanaşmaya görə elinə-obasına, dövlət başçımız cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib: “Dövlət səviyyəsində şəhid ailələrinə göstərilən isti münasibət bizə mənəvi təsəllidir. Şəhid valideyni olaraq qürur hissi keçiririk ki, övladımız Vətən üçün canından keçib və ona dövlət səviyyəsində yüksək qiymət verilir. El-obam da bizləri heç zaman yalnız saxlamır, hər zaman yanımızdadırlar, acımızı unutdurmaq üçün insanlarımız bütün addımları atırlar ki, təki üzümüz gülsün. Məğrur, qürurlu, acımıza kədərlənən, sevincimizə şərik olan bir xalqa sahib olduğumuz üçün fəxr edirik”.

Daha sonra Şağlakücə kənd tam orta məktəbinin şagirdləri vətənpərvərlik ruhunda və şəhidlərimizə həsr olunan şerlər səsləndiriblər.

Qeyd edək ki, Mail Əzizov Vətən müharibəsində göstərdiyi igidliyinə görə ölümündən sonra  Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə”,  “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

 

Keçidlər