Taleh Qaraşov şəhid Mail Əzizovun anım günündə iştirak edib
26 noyabr 2025 | 11:23
Noyabrın 26-da Vətən müharibəsi şəhidi Əzizov Mail Mahir oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidin Şağlakücə kənd qəbiristanlığındakı qəbrini ziyarət edib, məzarı önünə tər güllər düzüb, ruhuna dualar ediblər.
Taleh Qaraşov şəhid ailəsinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.
Şəhid ailəsinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.
Allah rəhmət eləsin!





