Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov şəhid Mahsun Bağırzadə və Rasim Mirzəyevin anım günündə iştirak edib

04 noyabr 2025 | 16:09

     Noyabrın 4-də Vətən müharibəsi şəhidləri Bağırzadə Mahsun Zahir oğlunun və Mirzəyev Rasim Fətta oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidlərin Xanbulan və Gəgiran kənd qəbristanlığındakı qəbirlərini ziyarət edib, məzarları önünə tər güllər düzüb, ruhlarına dualar ediblər.

     Taleh Qaraşov şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.

     Şəhid ailələrinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.

      Allah rəhmət eləsin!

 

 

Keçidlər