Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Kamran Səmədovun məzarını ziyarət edib, Elsevər Qardaşzadənin 40 mərasimində iştirak edib

31 oktyabr 2023 | 17:33

     Oktyabrın 31-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhid Səmədov Kamran Ceyhun oğlunun məzarını ziyarət ediblər. Anım günündə gerçəkləşən ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib.

     Eyni gündə icra başçısı hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə 19-20 sentyabr antiterror əməliyyatları zamanı şəhid olan Şağlaküçə kənd sakini şəhid Qardaşzadə Elsevər Rakif oğlunun 40 mərasimində iştirak ediblər.

     Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb. Dövlətin hər zaman bütün imkanları ilə şəhid ailələrinin yanında olduğunu qeyd edən Taleh Qaraşov məhz şəhidlərimiz sayəsində torpaqlarımızın azad olunduğunu, ərazi bütövlüyümüzün və suveren hüquqlarımızın tam bərpa edildiyini vurğulayıb.

     Şəhid ailələri onlara göstərilən həssas münasibət və xüsusi qayğıdan razı qaldıqlarını ifadə ediblər, bütün bunlara görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

     Allah rəhmət eləsin!

 

 

 

Keçidlər