Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Kamran Səmədovun anım günündə məzarını ziyarət edib

31 oktyabr 2022 | 12:28

   Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının rəsmi şəxslərinin, şəhid ailələrinin və yerli insanların iştirakı ilə oktyabrın 31-də Səmədov Kamran Ceyhun oğlunun anım günündə məzarı ziyarət olunub. Liman şəhər qəbiristanlığındakı şəhidimizin məzarı üzərinə tər güllər düzülüb, ruhuna dualar edilib. İcra başçısı şəhidimizin ailə üzvləri ilə söhbət edib və qayğıları ilə maraqlanıb. Taleh Qaraşov deyib ki, xalqın ləyaqətinin və milli qürurunun bərpa olunmasına görə şəhidlərimizə borcluyuq. Onun sözlərinə görə, torpaq həsrətinə son qoyulub və şəhidlərin, qazilərin və müharibə veteranlarının sayəsində qalib xalq kimi vüqarlı, məğrur, başı dik, alnı açıq şəkildə əbədi yaşayacağıq. Qarabağdakı quruculuq və bərpa işləri barədə danışan Taleh Qaraşov bildirib ki, bütün layihələr dövlətimizin daxili imkanları hesabına həyata keçirilir. İcra başçısı qeyd edib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi daim ölkə başçısı cənab İlham Əliyevin və Biricinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Taleh Qaraşov şəhidlərin anım mərasimlərində ictimaiyyətin iştirakını yüksək qiymətləndirdiyini vurğulayıb: “Vətən müharibəsində xalqın göstərdiyi birlik və bərabərlik bu gün şəhidlərimizə münasibətdə özünü daha qabarıq göstərir, şəhidlərimiz bizim milli qürurumuz və birlik rəmzimizə çevrilib”.

     Şəhid atası Ceyhun Səmədov da onlara göstərilən diqqətə və qayğıya görə və  istənilən problemlərinin həlli üçün icra başçısı ilə birbaşa, maneəsiz əlaqə yarada bildikləri üçün Taleh Qaraşova minnətdarlığını bildirib.

     Şəhidimiz K. Səmədov  döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə cənab Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

       Allah rəhmət eləsin!

 

 

Keçidlər